Litva prezidenti Gitanas Nauseda bildirib ki, Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın onların tərkibinə mümkün qəbulunun nəticələri ilə bağlı narahatlıqlarını tərk etməlidirlər.
O, Reuters agentliyinə müsahibəsində qeyd edib ki, iyulda Vilnüsdə keçiriləcək NATO sammitində bu məsələdə cəsarətli addımlar atılmalıdır.
“Biz daha cəsarətli qərarlar verməkdən çəkinməməliyik, çünki əks halda Rusiya Qərb müttəfiqlərinin çox zəif olduğuna, (onların küncə sıxılmasına) qərar verəcək və onlar təslim olacaqlar”, – Nauseda izah edib.
O, həmçinin əlavə edib ki, Kiyevin NATO-ya daxil olması üçün aydın perspektivlər, çox güman ki, “Ukrayna əsgərlərinin mənəviyyatını” yüksəldə biləcək. Nauseda vurğulayıb ki, münaqişə bitdikdən sonra Ukraynaya alyansa daha asan yol vəd edilməlidir.
“Bizim bəzi ölkələrimiz var ki, Ukraynanın nöqteyi-nəzərini daha sərt ifadə etməkdən çəkinirlər. Amma mən artıq onların liderlərinin şüurunda müəyyən dəyişikliklər görürəm”, – deyə Litva Prezidenti yekunlaşdırıb.
Mənbə: Reuters

