Litva və Polşa sərhədində təxminən 7 kilometr uzunluğunda avtomobil növbəsi yaranıb.
Bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Kalvariya şəhərində yerləşən nəzarət-buraxılış məntəqəsi ərazisində təxminən 7 km uzunluğunda nəqliyyat vasitələrinin sırası yaranıb”, – idarənin açıqlamasında bildirilir.
İyulun 3-də Polşa Baş Qərargahının rəisi general Vislav Kukula Almaniya və Litva ilə sərhədlərin mühafizəsini gücləndirmək üçün 5 min polşa əsgərinin göndəriləcəyini bildirdi.