Litva Prezidenti Gitanas Nausėda bildirib ki, Yaxın Şərqdəki münaqişə beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı hadisələrdən yayındırmamalıdır.
Bu paylaşım Estoniya Prezidenti Alar Karislə danışıqlardan sonra onun X sosial media səhifəsində dərc olunub.
“Biz razılaşdıq ki, Yaxın Şərqdəki böhran beynəlxalq ictimaiyyətin diqqətini Rusiyanın Ukraynadakı davam edən müharibəsindən yayındırmamalıdır. Avropa birliyi qorumalı və Ukraynaya ardıcıl siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirməlidir”, – Nausėda yazıb.














