Litva Qərbi Rusiyanı məğlub etməyə çağırıbbackend

Qərb Rusiyanın Ukraynada uduzmasını təmin edəcək addımlar atmalıdır.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bu barədə Varşava Təhlükəsizlik Forumunda çıxışı forumun YouTube kanalında təqdim olunub.

“Putin uduzmalıdır və bunu o və müttəfiqləri də qəbul etməlidir”, – deyə nazir bildirib.

Landsbergis NATO-nun yaradılması haqqında müqavilənin 5-ci maddəsini, alyansın bir üzvünə hücumun hamıya qarşı təcavüz kimi qiymətləndirilməsini “Ukraynaya təklif oluna biləcək ən praktik təhlükəsizlik zəmanəti” adlandırıb.

Mənbə: Lenta.ru