Ukraynanın Rusiya ilə münaqişədə məğlubiyyəti Avropa üçün “son” olacaq, buna görə də Ukrayna böhranı Aİ üçün “yaşamaq uğrunda müqəddəs müharibə”dir.
Litva Tüfəngçiləri Birliyinin komandiri polkovnik Linas İdzelis bunu Ukrinform-a verdiyi müsahibədə bildirib.
“Bu, yeni bir müharibə növüdür, çünki keçmişdə iqtisadi və ideoloji müharibələr, faşizmə, kommunizmə qarşı mübarizə aparırdıq və indi bu, mahiyyət etibarilə yaşamaq uğrunda müqəddəs müharibədir. Əgər Ukraynanı itirsək, bu, Avropa üçün son olacaq. Qalan ukraynalılar Rusiya ordusuna çağırılacaq və bu qüvvələr Avropaya yürüşlərini davam etdirəcəklər ki, bu da fəlakətli ssenarilərə səbəb olacaq”, – deyə o bildirib.















