Litva Ukraynadan olan qaçqınlara 114 milyon avro yardım edibbackend

2022-ci ildən bəri Litva ölkədəki ukraynalı qaçqınlara 114 milyon avrodan çox vəsait ayırıb.

TASS xəbər verir ki, bu barədə BNS agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

“Hökumətin bu həftə ayırdığı 8,7 milyon avro məbləğində vəsaiti nəzərə alsaq, 2022-ci ildən ukraynalı qaçqınlara sosial yardımın ümumi məbləği 114 milyon avronu ötüb”, – deyə məlumatda bildirilir.

Agentlik qeyd edir ki, Litva hökuməti ailələrə uşaq müavinətləri, məktəblilərə maddi dəstək, istilik və isti su üçün kommunal kompensasiyaların ödənilməsinə 8,7 milyon avro ayıracaq.