Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Ukraynanın NATO-ya daxil olması respublika üçün ən ucuz təhlükəsizlik zəmanəti olacaq. Onun sözlərini Reuters agentliyi sitat gətirir.
“Ukraynada sülh istəyiriksə, təhlükəsizlik zəmanəti verməliyik. NATO-nun 5-ci Maddəsindən daha ucuz yol yoxdur”, – Landsbergis bildirib.
Həmçinin Litva Xarici İşlər Nazirliyinin rəhbəri iddia edir ki, Moskva ilə Kiyev arasında münaqişə ancaq döyüş meydanında həll oluna bilər.
Ukrayna Xarici İşlər Nazirliyi çərşənbə axşamı, dekabrın 3-də öz saytında Ukrayna hakimiyyətinin NATO-ya tam üzvlükdən başqa hər hansı təhlükəsizlik zəmanətini nəzərdən keçirməkdən imtina etdiyi barədə məlumat yayıb.