Avropalı diplomatlar cəmiyyəti və biznes nümayəndələrini Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyinə inandırmaq üçün ABŞ-a səfər etməyi gözləyirlər.
“Politico” bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqisə istinadən xəbər verir.
Litva diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, avropalı diplomatlar “Atlantikanın hər iki tərəfində ictimaiyyətin diqqətini cəlb etmək yollarını tapmalıdırlar”.
Bununla əlaqədar olaraq, Landsbergis həmkarları ilə birlikdə Ukraynaya dəstəklə bağlı ictimaiyyət və biznes nümayəndələri ilə görüşmək üçün ayrı-ayrı Amerika ştatlarına səfər etmək niyyətindədir.
Litvalı diplomatın sözlərinə görə, “Ukraynaya xərclənən pulun böyük hissəsi ABŞ-dan gəlib”.
Mənbə: A Haber