Litvada hava şarları üç təyyarənin enişini pozubbackend

Delfi xəbər verir ki, qaçaqmal məhsulları olan hava şarları səbəbindən üç təyyarə Vilnüs hava limanına enə bilməyib.

Tenerife və Madeyradan iki reys Kaunas hava limanına, Amsterdamdan gələn təyyarə isə Riqa hava limanına yönləndirilib.

Litvanın Vilnüs hava limanında enişinə məhdudiyyətlər səlahiyyətlilərin hava məkanında naməlum obyekt barədə məlumat verməsindən sonra tətbiq edilib.

Litvanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi bildirib ki, radarlar bir gecədə 34 obyekt aşkarlayıb. Bununla belə, Litva sərhədçiləri qaçaqmal məhsulları olan yalnız altı şar tapa biliblər.