Litva Müdafiə Nazirliyinin rəhbəri Laurynas Kasciunas jurnalistlərə bildirib ki, ölkədə daimi hərbi komendantlıqlar yaradılır.
Kasciunasın sözlərinə görə, onlar vətəndaşlara hərbi təhlükə zamanı necə davranmağı öyrədəcəklər. O qeyd edib ki, komendaturalar dinc dövrdə fəaliyyət göstərəcək.
“Komendaturaya təyin olunmuş şəxslər üçün təlimlər, məsləhətləşmələr və digər praktiki və izahat işləri aparılacaq”, – deyə Litva Müdafiə Nazirliyinin rəhbəri bildirib.
O, komendantlıqların “cəmiyyətlə ordu arasında əlaqə” olacağını açıqlayıb.
Mənbə: A Haber