Litvada kralın abidəsi təhqir edilibbackend

Litvanın paytaxtı Vilnüsdə vandallar kral Mindauqasın abidəsini təhqir ediblər. Bu barədə TASS polisə istinadən xəbər verir.

Hadisə şənbə günü, iyulun 6-na keçən gecə ölkədə milli bayram – Mindauqasda Tacqoyma Günü – Dövlət Gününü qeyd etdiyi vaxt baş verib.

“Abidənin üzərində qırmızı boya ilə yazılmışdı: “Vilna bizimdir”, polis bildirib.

Yazı silindi. Hüquq-mühafizə orqanları araşdırma aparır.