NATO-nun 30-a yaxın alman helikopterinin iştirakı ilə beynəlxalq hərbi təlimləri Litvada keçirilir.
TASS xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.
Manevrlər üçün “Tiger” hücum helikopterləri, NH90 orta çoxməqsədli helikopterlər, CH-53 ağır nəqliyyat helikopterləri və EC135 yüngül çoxməqsədli helikopterlər Litvaya göndərilib. Onların cəmi 30-u var.
Bu helikopterlər gecə və gündüz saatlarında təlim tapşırıqlarını yerinə yetirərkən mümkün olan ən aşağı hündürlükdə (150 m) uçacaqlar.
Təlimlərin məqsədi Şimali Atlantika Alyansının müdafiə planları çərçivəsində hərəkətləri məşq etməkdir. Tədbirlər mayın 23-dək davam edəcək.