Litvada sanksiyalardan yayınmaq üçün Rusiyaya aparılan iki Tesla Cybertruck saxlanılıb.backend

Litva gömrük orqanları Belarus ərazisindən qanunsuz olaraq Rusiyaya gətirildiyi iddia edilən Tesla Cybertruck elektrik avtomobillərinin iki nüsxəsini saxlayıb. Bu barədə “Elektrek” məlumat yayıb.

Maşınlar Litva-Belarus sərhədində yerləşən Şalçininkay keçid məntəqəsində saxlanılıb. Saxlanılan avtomobillərin taleyi qeyri-müəyyən olaraq qalır.

Saxlanmaya səbəb Rusiyaya qiyməti 50 mindən çox olan avtomobillərin tədarükünü qadağan edən hazırkı sanksiyalarla bağlıdır. Analoji məhdudiyyət bu ilin martında Belarus üçün Polşa, Latviya və Litva tərəfindən tətbiq edilib.

Mənbə: TASS