Fransanın “Le Parisien” qəzeti yazır ki, Litvalı məktəblilərə dronları idarə etmək öyrədiləcək.
Nəşrin məlumatına görə, orta və yuxarı sinif şagirdləri dronları yığmağı, proqramlaşdırmağı və idarə etməyi öyrənəcəklər.
Nəşrin müəllifləri Kedainiai şəhərindəki məktəbə baş çəkiblər. Orada 10-14 yaşlı 9 məktəbli artıq təlim keçir. Dərslər zamanı onlar artırılmış reallıq dəbilqələrindən, həmçinin dron hissələrini hazırlamaq üçün 3D printerlərdən istifadə edirlər. Tələbələrdən biri qəzetə deyib ki, pilotsuz uçan aparatlar çox faydalıdır, onlar “bomba daşıyıb düşmən tanklarının üzərinə ata bilərlər”.