Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Moskvanın NATO ərazisinin qorunacağını bilməsi üçün Rusiya üçün “qırmızı xətlər” haqqında danışmağa başlamağın vaxtı çatıb.
“Delfi” xəbər verir ki, o, Latviyada “Rusiyaya məxsus pilotsuz uçan aparat”ın düşməsinə belə reaksiya verib.
“Düşünürəm ki, həqiqətən ətraflı müzakirə aparmağın və müəyyən qırmızı xətlər haqqında danışmağa başlamağın vaxtı çatıb ki, Rusiya bilsin ki, NATO ərazisi qorunacaq, xalqımız qorunacaq”.
Sentyabrın 7-də Latviya prezidenti Edqars Rinkeviç ölkənin şərqində “Rusiyaya məxsus hərbi pilotsuz təyyarənin” qəzaya uğradığını bildirib. O, əlavə edib ki, belə hadisələrin sayı artır və NATO onlara kollektiv yanaşma hazırlamalıdır. Daha sonra Latviya qoşunlarının komandanı Leonid Kalnins PUA-nın Belarusdan ölkəyə uçduğuna aydınlıq gətirib.
Mənbə: Sputnik