Əgər Rusiya Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqları zamanı ərazi güzəştlərinə nail olarsa, gec-tez Litva sərhədlərində də eyni hal baş verəcək.
Delfi agentliyinə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris deyib.
“Sərhədlərin hər hansı bir şəkildə, hətta ən xırda şəkildə dəyişdirilməsinə icazə versək, onlar bizə markerlər və xəritələrlə, sonra isə tanklarla gələcəklər ki, onları yenidən cızsınlar. Biz işğal olunmuş ərazilərin hər hansı de-yure və ya de-fakto legitimləşdirilməsinə icazə verə bilmərik. Bu prinsiplər çox vacibdir”, – Budris bildirib.













