Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbib BMT Təhlükəsizlik Şurasının iclasına ölkədə peycer partlayışlarının nəticələrini əks etdirən fotoşəkili – qanlı əza gətirdi. Bu barədə RİA Novosti məlumat yayıb.
“Bütün əhali hədəfə alındıqda terror deyilmi? Şəhərlərdə, küçələrdə, dükanlarda – onlar sadəcə gündəlik işləri ilə məşğul olanda”, – diplomat Təhlükəsizlik Şurasının üzvlərinə sual verib.
Daha sonra o, qanlı əzanın şəklini göstərdi və insanları “baş verənlərin dəhşətinə” baxmağa çağırdı.
Mənbə: RİA Novosti














