Livan keçmiş iqtisadiyyat və ticarət naziri Əmin Salamı korrupsiya ittihamı ilə həbs edib.
Bu barədə “The National” məhkəmə sistemindəki mənbəyə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, maliyyə cinayətləri ilə bağlı araşdırmalardan sonra respublikanın baş prokuroru Camal Həccar sabiq nazirin həbsinə göstəriş verib. May ayında Salam bir neçə dəfə dindirilib, bundan sonra o, ev dustaqlığına buraxılıb və ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edildiyi kimi, məmura qarşı təhqiqat iqtisadi komitənin rəhbəri, deputat Fərid Bustaninin şikayətindən sonra başlayıb. Millət vəkili Salamı “mənimsəmə, rüşvətxorluq və dövlət vəsaitini mənimsəmə”də ittiham edib. İstintaqda apreldən həbsdə olan sabiq nazirin qardaşı və biznes ortağı Kərim Salam da iştirak edir.
“Komitə iddia edir ki, cənab Salam xarici firmaları xərcləri əsaslandırmayan xidmətlərə görə şişirdilmiş müqavilələr bağlayıb və İqtisadiyyat Nazirliyinin nəzarətində olan Sığorta Töhfələri Fondunun vəsaitlərini mənimsəyib”, – məqalədə deyilir.