“Liverpul”un və kolumbiyalı hücumçu Luis Diazın atası Mane Diaz yerli üsyançılar tərəfindən azad edilib.
Bu barədə Britaniya BBC-si polisə istinadən məlumat yayıb.
Oktyabrın 29-da Diazın valideynlərinin Kolumbiyanın Milli Azadlıq Ordusunun (ELN) əsgərləri tərəfindən qaçırıldığı məlum olub. Kolumbiyanın təhlükəsizlik qüvvələri daha sonra idmançının anasını xilas edib, bundan sonra ELN nümayəndələri futbolçunun atasının sərbəst buraxılması prosesinə başladığı barədə bəyanat yayıblar.
Mənbə: NTV Spor