Rusiyanın “Arctic Metagaz” qaz tankeri yedək gəmisindən ayrılaraq Aralıq dənizində üzür.
Bu barədə Liviyanın Limanlar və Dənizçilik İdarəsi məlumat verib.
Bəyanatda deyilir: “Yedək əməliyyatı uğursuz oldu. Bu, 2 apreldə yerli vaxtla saat 4:00-da hava şəraiti səbəbindən baş verib. Nəticədə, tanker nəzarətdən çıxıb. Yedək gəmisi yenidən lövbər salmağa qayıda bilmir”.
30 martda “Arctic Metagaz” şirkətinin Liviyanın Milli Neft Korporasiyası adından Misir gəmisini yedəklədiyi bildirilib. Ölkənin Fövqəladə Hallar Komitəsi Liviya tərəfinin qaz tankeri ilə bağlı Rusiya ilə əlaqə saxladığını qeyd edib.















