Amerikanın müdafiə-sənaye konserni Lockheed Martin ABŞ Müdafiə Nazirliyindən təqribən 1 milyard dollar dəyərində müqavilə alıb.Müqavilə Sentinel qitələrarası ballistik raket istehsalı proqramı çərçivəsində bağlanıb, RİA Novosti Pentaqona istinadən xəbər verir.
Müdafiə sənədlərinə əsasən, Lockheed Martin MK21A döyüş başlığı proqramı üçün 996,2 milyon dollarlıq müqaviləyə layiq görülüb. Bu müqavilə Sentinel döyüş başlığının aşağı texniki riskini və münasib qiymətini təmin etmək üçün inkişaf, istehsal və mühəndisliyi nəzərdə tutur.
Müqavilənin başa çatması üçün son tarix 20 oktyabr 2039-cu il kimi müəyyən edilib.
Mənbə: RİA Novosti