Lokarnoda keçirilən festival rejissor Saule Blyuvaitenin Litva istehsalı olan “Zəhərli” filminin təntənəsi ilə başa çatıb. “Kommersant” yazır ki, o, əsas mükafatı qazanıb.
Rejissor Tato Kotetişvilinin çəkdiyi “Müqəddəs elektrik” gürcü filmi “Bu günün kinematoqrafçıları” nominasiyasında ən yüksək mükafata layiq görülüb.
Nəşrin yazdığına görə, film festivalı çox vaxt böyük festivalların kölgəsində qalan Şərqi Avropa kinosunun bədii potensialını nümayiş etdirib.
Mənbə: Kommersant