Lökbatan hövzəsi üzrə magistral kanalizasiya kollektorları tikiləcəkbackend

Qaradağ rayonu ərazisindən borular vasitəsilə tullantı sularının Xəzər dənizinə axıdılması faktı ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama verib.

Sözügedən qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, “Qobu Park” yaşayış massivindən formalaşan tullantı suları 500 mm-lik kollektorla, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində formalaşan tullantı suları isə 2800 mm-lik tunel kollektoru vasitəsilə kanalizasiya-nasos stansiyasına nəql olunur:

“Nəql olunan tullantı suları sutəmizləyici qurğunun tikintisi tamamlanmadığı üçün nasoslar vasitəsilə 1 600 mm-lik kollektorla dənizə yönləndirilib”.

“Mövcud məsələnin həlli istiqamətində Lökbatan hövzəsi üzrə məhsuldarlığı sutkada 100 min kubmetr olan tullantı sutəmizləyici qurğunun və magistral kanalizasiya kollektorlarının inşası planlaşdırılır. Hazırda tullantı sutəmizləyici qurğu və magistral kanalizasiya kollektorlarının inşası işlərinə başlanılması üçün hazırlıq görülür”, – deyə məlumatda bildirilib.