London-İslamabad reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdibackend

“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

“Boeing 787-9” təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanında uğurla eniş edib.