London Rusiyaya qarşı sanksiyaları genişləndiribbackend

Böyük Britaniya Xəzinədarlığının bildirişinə əsasən, anti-Rusiya sanksiyalarının bir hissəsi olaraq London beş şəxs və 19 təşkilata məhdudiyyətlər qoyub.

Sənəddə qeyd edildiyi kimi, sanksiyalar Rusiya, Azərbaycan, Pakistan və Özbəkistan vətəndaşlarına qarşı tətbiq edilib. Məhdudiyyətlər Rusiyanın Tatneft və RussNeft şirkətlərinə, həmçinin Özbəkistan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təşkilatlarına da şamil edilib.

Dekabrın 4-də Böyük Britaniya Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinə məhdudiyyətlər qoyub. Ukraynada və bütün Avropada düşmənçilik fəaliyyəti təşkil etməkdə ittiham olunan departamentin əməkdaşlarına da sanksiyalar tətbiq edilib. Səkkiz rusiyalı da düşməncəsinə kiber fəaliyyətə görə siyahıya əlavə edilib.