Londonun Sautend hava limanı kiçik təyyarənin qəzaya uğramasından sonra bütün reysləri ləğv edib.
Bu barədə hava limanının X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Açıqlamada bildirilir ki, daha əvvəl hava limanında baş vermiş ciddi insident səbəbindən hava limanı növbəti xəbərdarlığa qədər bağlıdır. Bütün uçuşlar ləğv edilib, polis, xilasedicilər və istintaq orqanları təyyarə qəzasını araşdırır.
İyulun 13-də qəzanın Hollandiyaya uçan Beechcraft King Air B200 təyyarəsində baş verdiyi bildirilir. Uçuşdan dərhal sonra qəzaya uğrayıb.