“Loqos”  PM Akademiya ilə əməkdaşlıq haqqında memorandum imzalayıbbackend

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi növbəti uğuruna imza atıb. Belə ki, Mərkəz “PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi ilə əməkdaşlıq haqqında memorandum imzalayıblar.  

Təşkil edilən tədbirdə Mərkəzin rəhbəri Təranə Məmmədova, PM Akademiyanın direktoru Natiq H.Paşa, “Loqos” un və PM Akademiyanın əməkdaşları iştirak ediblər.

Əvvəlcə PXTM icraçı direktoru Leyla Rəhimova Mərkəzin fəaliyyət istiqaməti ilə bağlı təqdimat edib.

Daha sonra PM Akademiyanın nümayəndəsi Aytən Hacızadə PM Akademiya ilə bağlı təqdimat edib.

Təqdimatlardan sonra “Loqos” un rəhbəri T.Məmmədova çıxış edərək başlanan əməkdaşlığdan məmnun olduğunu bildirib və qeyd edib ki, bugün ölkəmizdə psixologiya sahəsində işlər görülür. Bütün bu işləri təbliğ edilməsində yeni başalanan əməkdaşlıq müsbət töhvə verəcəkdir.

Daha sonra çıxış edən PM Akademiyanın direktoru Natiq H.Paşa “Loqos” ilə başlanan yeni işlərə görə təşəkkürünü bildirib və qeyd edib ki, psixologiya elə bil sahədir ki, onu yaxşı mənada cəmiyyətimizə təbliğ etməliyik. Məhz bugün imzalanan memorandumla birgə uğurlara imza atacağıq.

Sonra hər iki tərəf memorandumu imzalayıblar və tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının icrasına başlanılması barədə razılığa gəliblər.

İctimai.az