“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi “Kitab bizdən, oxumaq sizdən” kampaniyasına qoşulubbackend
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi və “Loqos”  Psixoloji və Nitq İnkişaf Mərkəzi “Kitab bizdən, oxumaq sizdən” vətəndaş təşəbbüsü kampaniyasına qoşulub. Qurumlar   kampaniya çərçivəsində 100-ə yaxın kitabı təşkilatçılara  təqdim edib.
Bu kampaniya Məhkumların bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il “Nizami Gəncəvi İli” çərçivəsində keçrilir.
Qeyd edək ki, Məhkumların bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il “Nizami Gəncəvi İli” çərçivəsində “Kitab bizdən, oxumaq sizdən” devizi altında vətəndaş təşəbbüsü kampaniyasını keçirir.
Kampaniyanın məqsədi penitensiar müəssisələrin kitabxana fondlarının müxtəlif bədii, publisistik və digər elmi kitablarla zənginləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin mütaliə marağının artırılmasıdır.
Kampaniyaya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, habelə nəşriyyatlar, kitab mağazaları, şair, yazıçılar və digər vətəndaşlar qoşularaq oxuduqları kitabları cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edə bilərlər.
Bununla əlaqədar kitabları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin ofisinə (Ünvan: Bakı ş, Mətbuat pr.529-cu məhəllə. Azərbaycan nəşriyyatı, 3-cü mərtəbə, 120-ci otaq), həmçinin +994 55 3251 838 nömrəli telefonlarla əlaqə saxlamaqla təqdim etmək olar.