Los-Anceles polisi komendant saatı zonasından kənarda yüzlərlə etirazçıya rezin güllələr atıb.
Fəallar şəhər boyu yürüş ediblər. Təxminən bir saat polis görünməsə də, daha sonra avtomobillərə minən təhlükəsizlik qüvvələri kütləni yaxaladı.
Polislər maşınlarından çıxandan sonra rezin güllələrdən istifadə ediblər. Polisin hərəkətlərindən sonra izdiham geri çəkilsə də, dağılmayıb.
Həmin ərəfədə ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı çıxanlar Vaşinqtonda hərbi paradın keçiriləcəyi gün, iyunun 14-də keçirilməsi planlaşdırılan “Krallar yox” aksiyası çərçivəsində bütün ölkə boyu kütləvi nümayişlər elan ediblər.