Sorğuda iştirak edən rusiyalıların yalnız 6%-i bildirib ki, onlar və ya tanıdıqları biri lotereyada böyük məbləğdə pul və ya bahalı uduşlar qazanıb.
TASS bu barədə “Sravni.ru” maliyyə bazarının araşdırmasına istinadən yazır.
Respondentlərin əksəriyyəti (60%) özlərinin və ya yaxınlarının kiçik pul mükafatları və hədiyyələr qazandığını bildirib.
Demək olar ki, hər beşinci respondent (22%) böyük məbləğdə – mənzil və ya avtomobil udmağın mümkünlüyünə inanır. Rusiyalıların təxminən üçdə biri (37%) hesab edir ki, lotereyada udmaq mümkün deyil. Qalanları yalnız kiçik bir hədiyyə ala biləcəklərinə əmindirlər.