Lukaşenka yaxın vaxtlarda Tehrana səfər etmək niyyətində olduğunu açıqlayıbbackend

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Tehrana səfər etməyi planlaşdırır.

Bu barədə Belarus liderinin saytında dərc olunmuş İran prezidenti İbrahim Rəisiyə İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə təbrikində deyilir. Mən yaxın gələcəkdə Tehrana səfər etməyi və ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə etməyi səbirsizliklə gözləyirəm. Belarus prezidentinin qeyd etdiyi kimi, İran “bugünkü çətin şəraitdə iqtisadi inkişafın sürətli dinamikasını və əhalinin rifahının yüksəlməsini nümayiş etdirərək regionda və bütün dünyada mühüm rol oynayır”.

Mənbə: Lenta.ru

İctimai.az