Lukaşenko 250 ehtiyatda olan zabitin hərbi xidmətə çağırılması haqqında fərman imzalayıbbackend

Belarus prezidenti Aleksandr Lukaşenko ehtiyatda olan zabitlərin hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Bu barədə Belarus liderinin mətbuat xidməti xəbər verir.

Sənəd 2023-cü ildə yaşı 27-dən az olan 230-dək kişi vətəndaşın Respublika Silahlı Qüvvələrinə, 20-dək şəxsin isə sərhəd xidmətinə çağırılmasını nəzərdə tutur. qeyd edilir ki, onlar hərbi kafedra və ya fakültələrdə ehtiyatda olan zabitlər üçün müvafiq hazırlıq proqramları üzrə hazırlıq keçməli, zabit hərbi rütbəsinə malik olmalı və ehtiyata buraxılmalıdırlar.

Mənbə: TASS

İctimai.az