Belarus prezidenti Aleksandr Lukaşenko xəbərdarlıq edib ki, birbaşa təhlükə yaranarsa, Minsk ölkə ərazisinə təcavüz edən hər kəsə cavab verəcək və bunun üçün əlində bütün lazımi vasitələr var.
Dövlət başçısı qeyd edib ki, NATO ölkələrinin, xüsusilə Polşa və Baltikyanı ölkələrin qeyri-dost siyasəti getdikcə “açıq aqressiv” xarakter alır.
“Onlar sözdən əmələ keçsələr, zarafat olmaz. Təcavüzkarı qəbuledilməz zərər vurmaq üçün bizə lazım olan hər şey var. Yoxlamağı məsləhət görmürəm”, – Lukaşenko deyib.