Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, hazırda ölkəyə qarşı müharibə aparılır və bu, ideoloji cəbhədədir. Onun sözləri BelTA xəbər agentliyi tərəfindən bildirilib.
O, YouTube-un Belarus dövlət media kanallarını bloklamasına münasibət bildirərkən deyib: “Müharibə gedir. Hələlik ideoloji cəbhədədir. Bəlkə də bu, yaxşı haldır. Hələlik mübarizə aparacağıq”.
Lukaşenko prezident administrasiyasında kadr dəyişikliklərinin, o cümlədən müvafiq olaraq yeni informasiya və mədəniyyət nazirləri Dmitri Juk və Marat Markovun təyin edilməsinin səbəbi kimi ideoloji müharibəni göstərib.














