Belarus prezidenti Aleksandr Lukaşenko təbii sərvətlər və ətraf mühitin mühafizəsi nazirinə ölkədə nadir torpaq metalları və digər ehtiyatların axtarışını tapşırıb.
Bu barədə TASS yazır.
“Deyirlər ki, zibilliklərimizdə nadir torpaq mineralları var. Qalanları araşdırmalıyıq: kimya, neft, qaz və s. Mən müvafiq nazirə müvafiq tapşırıq qoyuram”, – Lukaşenko hökumətdə kadr təyinatları zamanı deyib.
Bundan əvvəl Belarus prezidenti investorları ölkəsinə “banan respublikası” kimi yanaşmamağa çağırıb. Lukaşenko vurğulayıb ki, Belarus normal yüksək texnologiyalı və yüksək inkişaf etmiş ölkədir.