Belarusdakı hər bir rayon sakinlər üçün lazımi şəraitin yaradılacağı “döyüş bölməsi”nə çevrilməlidir. BelTA-nın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, sakinlərin lazımi xidmətləri ala bilməsi üçün hər bir rayon ayrıca bir qurum olmalıdır.
“İşsizliyin olmaması yaxşıdır, amma başqa bir problem də var: bəzi yerlərdə kifayət qədər insan yoxdur. Amma biz hələ də köhnə üsulla “kifayət qədər insan yoxdur” deməyə öyrəşmişik. Bizdə kifayət qədər insan var, sadəcə bunu düzgün təşkil etməliyik”, – deyə Lukaşenko bildirib.
O əlavə edib ki, insanların iş, əmək haqqı, mağaza, məktəb, uşaq bağçası və səhiyyə sistemi ilə təmin olunması üçün hər bir rayon lazım olan hər şeylə təmin olunmalıdır.
Prezident xatırladıb ki, bu təcrübə Sovet dövründə geniş yayılmışdı.














