Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətmiş 29 nəfəri əfv edib.
Bu barədə BELTA dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, bu şəxslərin hamısı – 11 qadın və 18 kişi əməllərindən peşman olub və prezidentə əfv olunması üçün müraciət ediblər. Onlardan 6 nəfəri 25 yaşa qədər, 3 nəfər pensiyaçı, 2 nəfər əlil, 15 nəfər isə xroniki xəstəlik keçirən şəxsdir.
Agentliyin məlumatına görə, Belarus Daxili İşlər Nazirliyi əfv olunan şəxslərin qanuna tabe olan davranışlarına nəzarəti təmin edəcək.
Noyabrda Lukaşenko ekstremist cinayətlərə görə məhkum olunmuş 63 vətəndaşın – 10 qadın və 49 kişinin əfv edilməsi haqqında fərman imzalayıb.