Belarusun BelTA xəbər agentliyinin məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko dövlətə qarşı ağır cinayətlər törətməkdə ittiham olunan iki katolik keşişini əfv edib.
Din xadimləri həbsdən azad ediliblər.
Sentyabrın ortalarında Belarus lideri ekstremizmdə təqsirli bilinənlər də daxil olmaqla 25 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb. Əfv olunanlar arasında 12 qadın və 13 kişi var. Əfv olunanlardan 19-un yaşı 40-dan aşağıdır. Onların çoxunun uşaqları var və məhkum qadınlardan biri çox uşaq anasıdır. Əfv olunan keşişlərdən biri cinayəti azyaşlı ikən törədib.
Onların hamısı öz günahlarını etiraf edib və qanuna tabe olan həyat sürəcəklərinə söz verərək əməllərinə görə peşman olduqlarını bildiriblər.













