Lukaşenko Latviyanı respublikanın elan edilməsi günü münasibətilə təbrik edibbackend

Belarus Prezidenti Aleksandr Lukaşenko Latviya Respublikasının elan edilməsinin ildönümü münasibətilə Latviya xalqını təbrik edib. Onun müraciəti prezidentin mətbuat xidmətinin saytında dərc olunub.

Lukaşenko müstəqilliyi “təkcə unikal dəyər” deyil, həm də məqsədinə çatmaq üçün böyük məsuliyyət adlandırıb.

“Prezident əmin olduğunu bildirib ki,… biz istənilən çətinliyin öhdəsindən gələcəyik və qarşılıqlı dəstəyə və hörmətə əsaslanan mehriban qonşuluq münasibətlərini qoruyub saxlaya biləcəyik”, – deyə mətbuat xidməti məlumat yayıb.

Əlavə ediblər ki, Lukaşenko Latviya xalqına xoşbəxtlik və firavanlıq arzulayıb və onları respublikaya səfərə dəvət edib.