Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadə etmək niyyətində deyil.
O, bunu amerikalı bloger Mario Naufalın X sosial şəbəkəsindəki səhifəsində dərc olunan müsahibəsində deyib.
Lukaşenkonun sözlərinə görə, Rusiya lideri belə bir ifrat tədbirin tətbiqini zəruri hesab etmir.
“Mən tam əminliklə deyə bilərəm ki, Putin bir neçə dəqiqə sonra bu qırmızı düyməni basmaq üçün əlində qırmızı düyməsi olan pultu heç vaxt tutmayıb”, – o vurğulayıb.