Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Moskva-Brest sürətli avtomobil yolunun tikintisini müzakirə etmək planlarını açıqlayıb.
Bu barədə BELTA agentliyi məlumat yayıb.
“Biz Rusiya prezidenti Vladimir Putinlə razılaşdıq ki, yaxın gələcəkdə Belarus ərazisindən Moskvadan qərbə yüksək sürətli avtomobil yolunun tikintisini müzakirə edəcəyik. Ən azı Brestədək”, – Lukaşenko bildirib.
Belarus liderinin sözlərinə görə, müəyyən şərtlər daxilində yol Almaniyaya qədər uzana bilər. O qeyd edib ki, bu, “qərblilərin” tikintidə iştirak etmək istəyindən asılıdır.