Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə hakimiyyətinin yalnız Belarus Qadınları İlində deyil, həm də gələcəkdə qadınlara dəstək olmağa xüsusi diqqət yetirəcəyini bildirib. O, bu açıqlamanı Minsk şəhərinin Vostoçnı rayonundakı 42-ci Şəhər Poliklinikasına səfəri zamanı verib.
Lukaşenko söz verib ki, “Prezident olduğum müddətcə buna çalışacağam”.
O, şərait yaratmaq və qadınlara dəstək olmaq səylərini davam etdirmək niyyətində olduğunu vurğulayıb.















