Belarus və Rusiya İttifaq Dövlətinin tərkibində bərabər şərtlərlə media holdinq yaradılmalıdır. BELTA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Düşünürəm ki, bu, bərabər şərtlərlə normal müstəqil media holdinqinin yaradılmasına töhfə verəcək. Əsas olan budur. Əgər biz birliyimizi qururuqsa, əsas prinsip bərabər şərtlərdir”, – Belarus lideri bildirib.
Lukaşenko rəsmilərin informasiya siyasətinin aktual məsələləri ilə bağlı məruzəsini dinlədikdən sonra qeyd edib ki, son vaxtlar Belarus və Rusiya arasında, xüsusən də hökumətdə çox isti dostluq münasibətləri yaranıb.