Belarus prezident seçkiləri zamanı internetdən istifadəyə məhdudiyyətlər qoymağı planlaşdırmır.
BELTA agentliyi xəbər verir ki, bunu respublika prezidenti Aleksandr Lukaşenko deyib.
“Qadağan etmək sadədir: mən qadağan etdim və oturub sevinirəm. Bu barədə heç vaxt düşünməmişik. İnternetdə olmaq istəyirsinizsə, orada oturun. Üstəlik, internetin 50%-i, bəlkə də daha çoxu faydalıdır”.
Bununla yanaşı, Lukaşenko ölkədə təhlükəsizliyin qorunması üçün bütün lazımi tədbirləri görməyə hazır olduğunu vurğulayıb.