Belarus prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində xarici liderlərə hədiyyə olaraq təzə kartof olan kətan çantalar gətirmək niyyətindədir.
Hədiyyə kartofunun Lukaşenkonun torpaq sahəsində yetişdirildiyi qeyd edilir. Siyasətçilərə Belarus sortlarının, o cümlədən “Breeze” və “Pershatsvet”in nümunələri təqdim olunacaq.
Avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.Tədbirdə 20-dən çox xarici ölkə lideri, o cümlədən 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.