Lukaşenko təxribatçıların Belarusa daxil olması hallarının artdığını açıqlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, son vaxtlar diversantlar respublika ərazisinə daha tez-tez soxulmağa başlayıblar.

“Report” BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısı bu vəziyyətin qarşısını almaq üçün təhlükəsizlik güclərindən hərtərəfli təkliflər tələb edib.

“Hökumətə və təhlükəsizlik blokuna müxtəlif növ diversantların Belarus ərazisinə daxil olmasının qarşısını almaq üçün sərhəddə ciddi tədbirlər hazırlamaq tapşırılıb. Son zamanlar belə hallar tez-tez baş verir”, – Belarus lideri təhlükəsizlik və sərhədlərin mühafizəsi ilə bağlı keçirilən müşavirədə bildirib.

Lukaşenkonun sözlərinə görə, Belarus ətrafında vəziyyət ağır olaraq qalır, NATO ölkə sərhədləri yaxınlığında hərbi potensialını artırır, təxribatlar baş verir.

Related Post