Lukaşenko Trampı Venesuela və Qrenlandiya ilə bağlı sözlərinə görə təriflədibackend

BelTA xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampı Venesuela və Qrenlandiya məsələlərindəki dürüstlüyünə görə tərifləyib.

“Baxın, o, açıq şəkildə deyir: ‘Bizə Venesuela lazımdır, çünki orada neft var. Bizə Qrenlandiya lazımdır, çünki nadir torpaq metalları, neft və qaz müdafiə üçün vacibdir – orada hər şey var. Siz oradakı neft barədə susırsınız, orada narkotik lordları olduğunu deyirsiniz, onlarla mübarizə aparırsınız.’ Amma o bunu açıq şəkildə deyir”, – Lukaşenko Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovla görüşdə deyib.

Onun fikrincə, bu beynəlxalq vəziyyətdə Minsk və Moskva “bir yerdə dayanmalı, öz maraqlarına diqqət yetirməli və heç bir halda başqalarından asılı olmamalıdırlar”.