Belta xəbər agentliyinin məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın Ukrayna sülh danışıqlarındakı rolunu yüksək qiymətləndirib.
“Trampın rolunu nə qədər aşağı salmağa çalışsalar da, o, bu baxımdan böyük adamdır. Onun dünənki açıqlamaları diqqətdən kənarda qalmayacaq. O, özünün dediyi kimi, müharibəni dayandırmaq istəyir ki, insanlar ölməsin. Bu barədə hay-küy salıb nə istəyirsən deyə bilərsən. Amma amerikalıların bu gün etdiklərinə qarşı nə deyə bilərsən?” Lukaşenko vurğulayıb.















