Münaqişənin davam etməsi Ukraynanın hazırkı formasında sonuna gətirib çıxara bilər. Bunu BelTA xəbər agentliyinin sitat gətirdiyi kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın Newsmax kanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Rusiya döyüş meydanında uğur qazanır və hərbi münaqişə “rejim lideri Vladimir Zelenskini sülhə razı salmağa” inandıra biləcək bir qüvvə yaranana qədər davam edəcək.
“Buna görə də bu gün ən vacib şey qırğını dayandırmaq, ölümlərin qarşısını almaqdır”, – deyə Lukaşenko vurğulayıb.














