Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk NATO ilə müharibə istəmir və buna imkan verməyəcək, lakin münaqişə vəziyyətində “qırmızı xətlər” olmayacaq.
“Biz eskalasiya istəmirik və bütün NATO-ya qarşı müharibə istəmirik. Biz bunu istəmirik. Amma bunu edib, razılaşsalar, yaxşı… Başqa çarəmiz qalmayacaq. “Qırmızı xətlər” də olmayacaq”, – Lukaşenko bildirib.
O, vurğulayıb ki, yalnız bir xətt var – dövlət sərhədi. Düşmən onu keçən kimi o, “ani cavab” alacaq”, – Belarus prezidenti xəbərdarlıq edib.
Mənbə: Lenta.ru